iOS 11.4 ilə gələn yeniliklər: iOS 12 öncəsi


Digərləri 03 Apr 2018 08:25:00 227 0

iOS 11.4 ilə gələn yeniliklər: iOS 12 öncəsi

Yaxın günlərdə bildiyimiz kimi iOS 11.3 yenilənməsi istifadəçilər üçün yayımlandı. İlk öncə 9.7 inch iPad, sonra isə bütün cihazlar üçün yayımlanan yenilənmə bir xeyli istifadəçini razı salmışdı. İndi isə sıra iOS 11.4 yenilənməsindədi.

iOS 11.4 yenilənməsi iOS 12 üçün hazırlıq yenilənməsi kimi düşünülür və iOS 12 çıxmadan öncə cihazların alacağı son yenilənmə olacaq.       

Son.az technote.az-a istinadən bildirir ki, iOS 12 üçün stabillik və performans olaraq fokuslanan Apple, cihazları üçün son yenilənmə olacağı düşünülən iOS 11.4 üzərində işləyir ( 11.4.1 kimi yenilənmələr gələ bilər). iOS 11.4 ilə birliktə gələcək yeniliklər isə belədir:

ClassKit    

9.7 inch olan yeni və "Ucuz" versiya olan iPad ilə gələn ClassKit digər modellərə də gələcək. Microsoft və Google kimi rəqibləri ilə təhsil sahəsində də rəqib olmağa çalışan Apple, SchoolWork adındakı tətbiqini istifadəçilər üçün yenilənmə ilə birliktə yayımlacaq. Bu tətbiq ilə siz təhsilinizlə bağlı çalışmaları izləyə biləcəksiniz və müəllim-şagird münasibətlərinin də artması üçün fayda olacağı düşünülür. Ayrıca aldığınız təhsilə görə tətbiq özəlləşdirilə biləcək.

AirPlay 2