Qəzzada toqquşmalar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb


Dünya 03 Apr 2018 02:22:52 296 0

Qəzzada toqquşmalar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

750 nəfərə yaxın fələstinli yaralanıb

Qəzza zolağında etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalar nəticəsində, son məlumatlara görə, 18 fələstinli ölüb.

“Report” xəbər verir ki, bu barədə İsrail hökumətinə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, yaralıların sayı 750 nəfərə çatıb.

Bundan əvvəl İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib ki, Qəzza zolağı ilə sərhəddə iğtişaşlar təkrarlanacağı təqdirdə ordu daha amansız davranacaq.

Martın 30-da minlərlə fələstinli Qəzza ilə İsrail sərhədi boyunca etiraz aksiyaları keçirməyə başlayıblar.