Yunanıstanda İran səfirliyinin iki əməkdaşına sui-qəsd olub


Dünya 03 Apr 2018 00:43:45 290 0

Yunanıstanda İran səfirliyinin iki əməkdaşına sui-qəsd olub

Diplomatik nümayəndəlik rəsmiləri yaralanıblar

Yunanıstanın hüquq-mühafizə orqanları İranın Afinadakı səfirliyinin iki əməkdaşına qarsı sui-qəsd faktı üzrə araşdırmaya başlayıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, martın 28-də naməlum şəxs İran səfirliyinin binası yanında iki nəfəri öldürmək niyyəti ilə yaralayıb.

Aprelin 1-də şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Bu, 47 yaşlı iranlı olub.

O, səfirlik əməkdaşlarına hücum etdiyini boynuna alıb. Həmçinin o, diplomatik missiyanın girişi yaxınlığında iki yanğın hadisəsində əli olduğunu etiraf edib.