Apteklərdə "Qliserin" şamı niyə yoxa çıxıb? Qəbizliyi olanlar çarəsizdir


Digərləri 02 Apr 2018 22:40:00 468 0

Apteklərdə "Qliserin" şamı niyə yoxa çıxıb?  Qəbizliyi olanlar çarəsizdir

Artıq 2 aydan çoxdur ki, apteklərdə qəbizlik üçün önəmli olan və bir çox insanın istifadə etdiyi qliserin şamı yoxa çıxıb. Əvvəlki vaxtlarda bu məhsulun depolarda olmadığını, tezliklə gətiriləcəyini düşünən aptek sahibləri və vətəndaşlar 2 aydır, qliserin şamının yolunu gözləyə-gözləyə qalıb.

Son.az bildirir ki, şikayətlərin çoxluğunu nəzərə alaraq, medicina.az-ın əməkdaşı bir neçə aptekdə sorğu aparıb. Məlum olub ki, bazada bu preparat yoxdur, gətirilmir, insanların tələbatına baxmayaraq nə vaxt gətiriləcəyi də məlum deyil. Apteklər sifarişini verib gözləyir.

Qliserin şamı olmadan keçinə bilməyən xəstələrə isə alternativ, lakin başqa adda və daha baha qiymətə şamlar təklif olunur.

Məlumat üçün bildirək ki, qliserin şamı qəbizlik və babasil, bir çox bağırsaq problemləri, xüsusilə uşaqlar və yaşlı adamlar, əməliyyat olunan xəstələr üçün çox vacib bir dərmandır.