Mingəçevirdə avtomobilin vurduğu qadınların adları məlum oldu


Digərləri 02 Apr 2018 19:26:00 220 0

Mingəçevirdə avtomobilin vurduğu qadınların adları məlum oldu

Mingəçevir şəhərində 4 piyadanı avtomobil vurub. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil 4 nəfər qadını vurub. 

Piyadaların 3-nün adı məlum olub. Bunlar Fəridə Məmmədəli qızı Məmmədova, Tamara Alsemid qızı Qaradilova və Yeganə Ədalət qızı Qarayevadır.

Digər piyada isə ciddi xəsarət almadığı üçün xəstəxanaya müraciət etməyib.

Yaralılar xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.