Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə akisiyası keçirilib (FOTO)


Digərləri 02 Apr 2018 17:00:00 200 0

Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə akisiyası keçirilib (FOTO)

2 aprel - Kəlbəcər rayonunun işğalı günündə, Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə akisiyası keçirilib.

Bakı. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə 2 aprel - Kəlbəcər rayonunun işğalı günündə, Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə akisiyası keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, aksiya YAP-ın respublika ərazisində 700 min ağac əkmək və Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı faciəsində şəhid olmuş uşaqların xatirəsinə həsr edilmiş ağacəkmə kampaniyasına qoşulmaq və bu aksiyalara dəstək məqsədilə həyata keçirilib.