10 qanunsuz miqrant saxlanıldı
Digərləri 02 Apr 2018 16:51:00 213 0
Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
DMX-dən Son.az-a verilən məlumata görə, xidmət tərəfindən 1 nəfər Mərakeş və 1 nəfər Kamerun vətəndaşı saxlanılıb. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı daha 8 nəfər Nepal vətəndaşı saxlanılıb.
Araşdırma zamanı Mərakeş və Nepal vətəndaşlarının Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Nepal vətəndaşlarına öz həmvətənləri Parajuli Sitaram tərəfindən Azərbaycanda yüksək aylıq əmək haqqı olan iş vəd edilib, aldadılaraq Azərbaycana gətirilib və sonradan qanunsuz miqranta çevriliblər. Parajuli Sitaram əvvəllər törətdiyi qanunsuz əməllərə görə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmışdır.