Küçədə soyğunçuluğa məruz qalan qadın qışqırdı, köməyə polis çatdı


Digərləri 02 Apr 2018 12:36:00 300 0

Küçədə soyğunçuluğa məruz qalan qadın qışqırdı, köməyə polis çatdı

Qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxsi yaxınlıqda olan polis əməkdaşları dərhal zərərsizləşdirib.

DİN-dən Son.az-a verilən məlumata görə,  paytaxt sakini olan bir qadın martın 30-da Bakının Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman naməlum şəxs ona qarşı zor tətbiq edərək cibində olan mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.

Zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin İmanlı və polis serjantı Ceyhun Məmmədov dərhal reaksiya göstərərək soyğunçuluq edərək qaçan şəxsi təqib etməyə başlayıblar.

Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Axundov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman zərərçəkənə məxsus telefon və bir ədəd bıçaq aşkar edilərək götürülüb.