"Muğanbank" ASC Visa İnternational beynəlxalq ödəniş sisteminin üzvü oldu


Digərləri 02 Apr 2018 12:20:00 247 0

"Muğanbank" ASC Visa İnternational beynəlxalq ödəniş sisteminin üzvü oldu

29 mart 2018-ci il tarixindən etibarən "Muğanbank" ASC Visa International beynəlxalq ödəniş sisteminin üzvü oldu. Ödəniş kartlarını Muğanbankın filiallarında və ya bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Muğanbank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Muğanbank Visa ödəniş sistemi ilə 2004-cü ildən əməkdaşlıq edir, Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, Visa İnfinite kartlarını müştərilərə təqdim edir. "Muğanbank" ASC-nin "Visa İnternational" kartlarının sahibləri ölkə daxili və xaricdə limitsiz olaraq nağd və nağdsiz ödənişləri rahat şəkildə həyata keçirməklə yanaşı "Visa İnternational" sahibləri üçün nəzərdə tutulmuş xüsusi imtiyazlardan istifadə edə bilərlər.

Bundan əlavə, Rusiyada keçiriləcək  FiFA 2018 dünya çempionatının tərəfdaşı və sponsoru olan Visa Beynəlxalq kart təşkilatı yeni kampaniyaya start verir.

Kampaniya çərçivəsində Muğanbanka məxsus bütün növ Visa plastik kart sahibləri Dünya Çempionatında 2 nəfər VIP paketlə iştirak etmək hüququ əldə edəcəklər.

Kampaniyada iştirak üçün aşağıdakı qaydalara əməl edilməlidir: