“Kim gəlib 255 manata işləyər?”


Şou-biznes 02 Apr 2018 12:04:00 233 0

“Kim gəlib 255 manata işləyər?”

Xalq artisti Afaq Bəşirqızı "Stop" proqramının qonağı olub. 

Son.az qafqazinfo-a istinadən xəbər verir ki, məşhur aktrisa verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb. 

A.Bəşirqızı müsahibəsində ailəsinin toxunulmaz olduğunu, şəxsi həyatı barədə danışmaq istəmədiyini deyib:

"Şəxsi həyatımdan danışmağı sevmirəm. Ailəm toxunulmazdır. Həyat yoldaşımdan, övladımdan, nəvələrimdən danışmağı sevmirəm. Mən bilirəm və sübut edirəm ki, ailəni heç bir şeylə müqayisə etmək olmaz. Ailə sənətdən, bütün sevimli hobbilərdən önəmlidir. Sənət və ailəni eyni zamanda yaşatmağı bacarmalısan. Amma seçim qarşısında qalsam, ailəni seçərəm".