İstiqraz sahiblərinin pulları artacaq – YENİ QAZANC


Digərləri 02 Apr 2018 10:57:31 179 0

İstiqraz sahiblərinin pulları artacaq – YENİ QAZANC

SOCAR istiqrazları sahibləri daha 1,25 milyon qazanacaqlar

Bakı. Azərbaycanın qiymətli kağızlar bazarında daha bir böyük məbləğli ödəniş gözlənilir. SOCAR İstiqrazlarının sahiblərinə aprelin 17-də növbəti faizlər ödəniləcək. "SOCAR Capital" şirkətindən Trend-ə verilən məlumata əsasən, həmin tarixdə SOCAR İstiqrazına sahib olan investorlara hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödəniləcək. Şirkətin investisiya və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov bildirilib ki, bu, istiqraz sahiblərinin ümumilikdə 6-cı faiz ödənişidir: "2017-ci ildə həyata keçirilən 4 faiz ödənişi nəticəsində SOCAR İstiqrazlarının sahibləri 5 milyon dollar gəlir götürüblər. Aprelin 17-də həyata keçiriləcək faiz ödənişi ilə onların ümumi gəliri 7,5 milyon dollara çatacaq".