Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3cü mərtəbədən atıb FOTO


Digərləri 02 Apr 2018 08:22:00 319 0

Avtovağzal Ticarət Mərkəzində satıcı qız özünü 3cü mərtəbədən atıb  FOTO

Hadisədə iş vaxtı baş verib

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.

Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərə aid fotolar