Əfqanıstanda hərbi əməliyyat zamanı 4 dinc sakin ölüb


Dünya 02 Apr 2018 04:47:03 265 0

Əfqanıstanda hərbi əməliyyat zamanı 4 dinc sakin ölüb

Daha 25 nəfər yaralanıb

Əfqanıstanın şimal-şərqində yerləşən Bədahşan əyalətində "Taliban" radikal hərəkatına qarşı aparılan əməliyyat zamanı 4 dinc sakin ölüb və 25-i yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polis nümayəndəsi Sənullah Ruhaniyə istinadən "Pajvak" nəşri məlumat yayıb.

Ruhani bildirib ki, ordu, polis və kəşfiyyat nümayəndələri şənbə günü axşam Caram rayonunda əməliyyat aparıblar.

Atışma zamanı biri qadın olmaqla 4 nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirilib.