Bayram tətillərində artıq çəki almamaq üçün nə etməli?


Digərləri 02 Apr 2018 04:30:00 256 0

Bayram tətillərində artıq çəki almamaq üçün nə etməli?

“Problem yediklərimizdə deyil, hərəkətsiz olmağımızdadır”

"Problem yediklərimizdə deyil, hərəkətsiz olmağımızdadır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bayramlar bitdikdən sonra demək olar ki, hər kəs aldığı artıq  çəkidən şikayətlənir. Xüsusilə də, həmin bayram Novruzdursa, evdə qaldığımız müddətdə kilo almamağımız qeyri-mümkündür. Çünki istər-istəməz bayram şirniyyatları, xüsusi olaraq bişirdiyimiz yeməklər çəkimizin artmasına təsir edir. Maraqlıdır, bəs necə edək ki, bayram tətillərində artıq çəki almayaq?

Bu mövzuda dietoloq Tutu Zeynalova ilə həmsöhbət olduq. Müsahibimiz deyir ki, bayram günlərində artıq çəki almağımızın bir çox səbəbləri var: "Bayram tətilində digər günlərdən fərqli olaraq yuxudan gec oyanırıq. Və təbii ki, oyanma vaxtımız dəyişdiyinə görə də, səhər yeməyimizi gec yeyirik. Bu da metabolizmanın zəifləməsinə gətirib çıxarır. Həmin günlərdə əksəriyyətimiz səhər yeməyi olaraq şəkərbura, paxlava, qoğal və bu kimi şirniyyatlarla qidalanırıq. Buna görə də qan şəkərimiz sürətlə yüksəlir və gün ərzində daha tez-tez şirin şeylərlə qidalanmaq istəyirik. Azərbaycan mətbəxinin zənginliyi, bayram axşamı süfrəsinin bol olması da öz sözünü deyir. Bayramın ən gözəl adətlərindən biri də qonaq getməyimizdir. Qonaq getdiyimiz evdə də bizə yeməyə nələrisə təklif edirlər. Təklifi geri çevirə bilmirik. Və beləcə həm evdə, həm də getdiyimiz yerdə kifayət qədər kökəldən qidalar qəbul edirik".