Sosial mənzillərdə işlər sürətlə aparılır VİDEO


Digərləri 01 Apr 2018 21:16:00 252 0

Sosial mənzillərdə işlər sürətlə aparılır  VİDEO

Yasamal kopleksində evlərin bir çoxunda tikinti işləri yekunlaşıb. Artıq mənzillərin təmirinə start verilib. Yaşayış kompleksi yayda istifadəyə veriləcək

İl yarımdır tikintisinə başlanan sosial evlərin təmirinə başlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Paytaxtın Yasamal rayonunda inşa edilən 29 bindan 19-da tikinti işi tam başa çatıb. Həmin binalarda mənzillərin təmirinə başlanıb. Kompleksin bütün mənzilləri 2 növ təmir edilir. ''Təmir növü 1'' və ''təmir növü 2''. Bu təmir növləri yalnız dizayn və rəng seçimi ilə fərqlənir.

MİDA-nın mətbuat  katibi Diana Dadaşovanın sözlərinə görə, bütün mənzillərin təmirində yüksək kefiyyətli yerli tikinti materiallarından istifadə edilməklə kefiyyətə də ciddi nəzarət edilir.

Agentliyinin əməkdaşları nümunə olaraq təmir edilən bir mənzildə bütün məişət avadanlıqlarını qoyaraq vətəndaşlara təqdim edir. Amma sakinlərə veriləcək mənzillərdə yalnız  mətbəxt mebeli olacaq.


Xəbərə aid video