Yemək yedikdən sonra öskürəyin ciddi səbəbləri ola bilər


Digərləri 01 Apr 2018 20:45:00 223 0

Yemək yedikdən sonra öskürəyin ciddi səbəbləri ola bilər

Naharınızı, günorta yeməyinizi və ya axşam yeməyinizi yedikdən sonra öskürmək əslində öyrəşmədiyimiz bir haldır. Əgər bu kimi bir çətinliyiniz varsa, diqqətli olmaq lazımdır, çünki bu bir çox narahatlıqlara işarə edə bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, yemək yedikdən sonra əgər öskürürsünüzsə, bəlkə hər hansı bir yeməyə qarşı allergiyanızın olması mümkündür. Bir çox insanın süd, fıstıq, yumurta və qabıqlı dəniz məhsullarına qarşı allergiyası var, bunu anlamaq üçün yemək yedikdən sonrası müşahidə aparılmalıdır. Xırıltı, kəsik-kəsik nəfəs alıb vermə, burun axıntısı və anafilaksiya kimi əlamətlər görülürsə, mütləq hansısa qidaya allergiyanız var.

Bununla yanaşı astma, disfagiya (udma aktının pozulması), reflyuks və infeksiya kimi narahatlıqlar da ola bilər.