Öldükdən sonra basdırılmamış insanların qəbir həyatı necə olacaq?


Digərləri 01 Apr 2018 19:20:00 293 0

Öldükdən sonra basdırılmamış insanların qəbir həyatı necə olacaq?

Qəbir və ya bərzəx həyatı insan öldükdən sonra Qiyamət gününə qədər keçirdiyi mərhələnin adıdır.

Son.az zikr.az-a istinadən bildirir ki, qəbirdə basdırılıb-basdırılmamağından asılı olmayaraq hər kəs qəbir həyatını yaşayır. İnsanın necə ölməsindən asılı olmayaraq, onu imtahan etmək və onunla istədiyi şeyi etmək Allah üçün çox asandır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Ömrü boyu xeyir bir iş görməyən bir kişi ölüm ayağında olarkən, övladlarına öldükdən sonra onu yandıraraq, külünü şiddətli küləkdə dənizə səpmələrini əmr edib deyir: "Allaha and olsun ki, O, məni təzədən yığmağı bacararsa, mənə elə bir əzab verəcək ki, heç kəsə elə əzab verməmişdir". Uca Allah Qiyamət günü onu dirildir və ondan nə üçün belə etdiyini soruşur. O: "Sənin qorxundan belə etdim" deyə cavab verdi və Uca Allah onu bağışlayır". (Buxari və Muslim).