Bakıda gölün üzərindən yol çəkiləcək FOTO


Digərləri 01 Apr 2018 18:06:00 227 0

Bakıda gölün üzərindən yol çəkiləcək  FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında duran əsas məsələlərdən biri də paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına səbəb olacaq yeni yol infrastrukturu layihələrin işlənilməsidir.

Dövlət agentliyindən Son.az-a bildirildiyinə görə, bu çərçivədə ötən il bir neçə layihə icra olunaraq vətəndaşların istifadəsinə verilib. Bu il də bir neçə layihənin reallaşdırılması planlaşdırılır.

Bunlardan biri Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun inşasıdır ki, artıq sözügedən istiqamət üzrə tikinti işlərinə start verilib. Yol Böyük Şor gölünün üzərindən çəkilir.

Belə ki, 2,7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol I texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda sözügedən ərazidə 23,5 metr enində yol yatağının tikintisi işləri aparılır.