Şərqi Quta Bəşər Əsədin nəzarətinə keçir


Dünya 01 Apr 2018 17:44:00 281 0

Şərqi Quta Bəşər Əsədin nəzarətinə keçir

Suriya hökumət qüvvələri 2013-cü ildən mühasirədə saxlanılan Şərqi Qutan bölgəsini tam nəzarət altına alır.

APA-nın məlumatına görə, Suriyada hökumətyönümlü "Al-Vatan" qəzeti Rusiya hərbçiləri və müxaliflər arasında aparılan danışıqlar nəticəsində bu gün Şərqi Qutadakı Duma şəhərinin evakuasiya planı ilə bağlı razılıq əldə edildiyi barədə məlumat yayıb.

Razılaşmaya əsasən, mülki şəxslər və müxalif döyüşçülər mühasirədə olan Duma şəhərindən maneəsiz çıxa bilər. Ancaq müxaliflər ağır silahları şəhərdə qoymalıdırlar. Müxaliflərə Suriyanın şimalına, hazırda müxalif Azad Suriya Ordusunun nəzarətində olan ərazilərə getməyə icazə verilib.