Hindistanda mehmanxana binası uçub, 9 nəfər ölüb


Dünya 01 Apr 2018 07:54:14 294 0

Hindistanda mehmanxana binası uçub, 9 nəfər ölüb

Dağıntılar altında 50 nəfərə yaxın adam qala bilər

Hindistanın İndaur şəhərində mehmanxananın uçması nəticəsində azı 9 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, qəza nəticəsində daha bir nəfər xəsarət alıb.

"Asian Age" qəzetinin yazdığına görə, dağıntılar altında təqribən 50 nəfər qala bilər.

Bəzi məlumatlara görə, binaya yüksək sürətlə avtomobil çırpıldığı ehtimal olunur. Hadisənin rəsmi səbəbləri hələ ki, açıqlanmır.