Yazın ən zəhlətökən xəstəliyi: Allergik rinit nədir?


Digərləri 31 Mar 2018 22:10:00 331 0

Yazın ən zəhlətökən xəstəliyi: Allergik rinit nədir?

Yaz fəsli mövsümü allergik xəstəliklərin ən çox müşahidə edildiyi dövrdür. Allergik rinit əsasən, çiçəklərin tozlanma dövründə baş qaldırır.

Son.az lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Sənubər Vəliyevanın dediyinə görə, fevral ayının ortalarından başlayaraq iyul ayının sonlarınadək Azərbaycanda gül-çiçək dövrü olduğundan bu xəstəlik aktual olur: "Bu dövrdə uşaqlar arasında allergik rinit hallarına rast gəlinir. Özü də güllərdən daha çox, alaq otlarından allergik reaksiyalar yaranır. Ən geniş yayılmış allergik reaksiyalardan biri pollinozdur. Buna çox vaxt mövsümü allergik rinit diaqnozu qoyulur. Bu zaman əsas dörd əlamət müşahidə edilir. Səhərlər dalbabal, 10-15 dəfə asqırma, burunun geyişməsi, şəffaf selikin gəlməsi və burun tutulması. Allergik rinitin müalicəsi əsasən, simtomatikdir. Buruna spreylər və digər dərman vasitləri ilə müalicə təyin edilir və s".

Həkimin sözlərinə görə, ən çətin müalicəyə tabe olan isə burun tutulmalarıdır: "Burun tutulması xəstəliyin yeganə əlamətidirsə, belə hallarda otolorinqoloqunda məsləhəti lazım ola bilər. Çünki bu simtom həm allergik rinitlərdə, həm də vazomotor rinitlər və ya burun çəpərinin əyriliyində də rast gəlinə bilər".

S.Vəliyevanın sözlərinə görə, fəsillə əlaqədar olaraq uşaqlarda allergik rinitin kəskinləşməməyi üçün valideynlər bəzi qaydalara əməl etməlidirlər: "Küləkli günlərdə pəncərələri açmaq məsləhət deyil. Bayıra çıxan zaman gözü tozdan qorumaq üçün göz eynəyindən istifadə etmək lazımdır. Evə qayıtdıqdan sonra insanın sifətində selikli qışanın olduğu bütün bölgələr yuyulmalıdır. Üz, qulaq yuyulmalı, buruna su çəkilməli, ağız yaxalanmalıdır".