Rusiya 50 britaniyalı diplomatı ölkədən qovur


Dünya 31 Mar 2018 22:14:00 253 0

Rusiya 50 britaniyalı diplomatı ölkədən qovur

Rus diplomatları qovan qərb ölkələrinə qarşı yaxın zamanlarda tədbirlər həyata keçiriləcək

Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq. Bu, Böyük Britaniyanın bir neçə gün öncə rus diplomatlarını qovmasına cavab olaraq həyata keçiriləcək.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Britaniyalı diplomatlar ilə rusiyalı diplomatların sayı arasındakı fərq 50 nəfərdir" - deyə Zaxarova qərarı izah edib.