Ermənilərin Azərbaycanın təbii sərvətlərini talan etməsi faktına görə cinayət işi başlanıb VİDEO


Digərləri 31 Mar 2018 21:00:00 279 0

Ermənilərin Azərbaycanın təbii sərvətlərini talan etməsi faktına görə cinayət işi başlanıb  VİDEO

Azərbaycanın işğal edilmiş ərazilərində faydalı qazıntıların qanunsuz hasilatının aparılmasına dair "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Baş Prokurorluq və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur ki, aparılmış araşdırmalarla Ermənistan və digər ölkələrdə hüquqi qeydiyyatdan keçmiş "Vallex Group", "Base Metals", "ACP", "Lerna metalurgiayi İnstitute", "Teghout" və digər şirkətlərin rəhbərlərinin və fiziki şəxslərin Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələri, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Azərbaycanın qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaratmaları müəyyən olunub. Adı çəkilən həmin şirkətlər işğal dövrü ərzində Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü və Qızılbulaq, Zəngilan rayonu ərazisində yerləşən Vejnəli, Tərtər rayonu ərazisində yerləşən Dəmirli və digər yataqlardan qızıl və digər əlvan metalların hasilatını aparıblar və bundan qanunsuz gəlir əldə ediblər. Araşdırmalar zamanı "Azərkosmos" ASC-nin "Azersky" peykinin yüksək ayırdetməli təsvirləri və geoloji-axtarış məlumatları əsasında işğal olunmuş ərazilərdə yerləşən filiz yataqlarında qanunsuz hasilat işlərinin aparılması sübut edilib. Həmin faktlar üzrə Baş prokurorluq tərəfindən Cinayət Məcəlləsinin "qanunsuz sahibkarlıq" və "dövlət sərhədini qanunsuz olaraq keçmə" maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilib. Bununla yanaşı, ölkəmizin qızıl və digər əlvan metal ehtiyatlarının talanması faktları üzrə qısa zamanda beynəlxalq audit şirkətlərinin mütəxəssisləri cəlb edilməklə dəymiş ziyanın müəyyənləşdirilməsi, həmçinin "AzerGold" Qapalı Səhimdar Cəmiyyəti ilə birlikdə iqtisadi mübahisələr üzrə müvafiq beynəlxalq məhkəməyə, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz hasilatla məşğul olan şirkətlərin qeydiyyatdan keçdiyi ölkələrin hüquq mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulub.


Xəbərə aid video