Aparıcı xəbər saytlarında virus aşkarlandı


Dünya 31 Mar 2018 18:18:00 268 0

Aparıcı xəbər saytlarında virus aşkarlandı

"Kasperski laboratoriyası" anti-virus şirkətinin mütəxəssisləri bir sıra aparıcı xəbər saytlarında təhlükəli kod aşkarlayıblar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin internet səhifəsində məlumat yayılıb.

Adı açıqlanmayan xəbər saytlarının baş səhifəsində yer alan virusu, davranış analizi sistemi hesabına ifşa etmək mümkün olub.

Virusun tərtibatına görə, istifadəçi sayta daxil olan zaman, qabaqcadan yazılmış skript onu "İnternet Explorer" brauzeri ilə  ("VBScript Godmode" eksploytunun köməkliyi) ilə haker serverlərinə yönləndirir.