Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı


Digərləri 31 Mar 2018 17:15:00 329 0

Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı

Martın 31-də özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA" hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.