Bu ailədə qadın kişi, kişi də qadındır – VIDEO FOTO


Digərləri 31 Mar 2018 16:12:00 312 0

Bu ailədə qadın kişi, kişi də qadındır – VIDEO  FOTO

"Özümüzü dünyanın ən bəxtəvər insanları kimi hiss edirik. Sevdik, ailə qurduq. Əminəm ki, həyatımızın sonunadək birlikdə olacağıq".

Britaniyalı aktyor Ceyk Qraf və ölkənin Silahlı Qüvvələrinin kapitanı Hanna Uinterborn ötən həftə evləniblər. Onların toyu olub, toyda 200-ə yaxın qonaq iştirak edib.

31 yaşlı Hanna toyda mühafizəkar, hətta viktorian stilli gəlinlikdə idi.

O, ik dəfə ailə qururdu.

"Hannanı gəlinlikdə görəndə heyrətdən donub qaldım. O qədər gözəldi ki... Sanki ovsunlanmışdım", - 40 yaşlı Ceyk Qraf deyib.

Hanna gülümsəyir: "Ceyk də gözəldi. Hələ də inana bilmirəm ki, ailəli qadınam. Bir neçə il əvvəl ərə gedə biləcəyimi ağlıma da gətirə bilməzdim".

Onlar ötən il ABŞ-ın Nyu-York şəhərində tanış olublar.

Ceyk məşhur rejissor Eddi Redmeynin "The Danish Girl" filmində transgender rolunu oynayıb. Daha doğrusu, özünü canlandırıb.

Çünki Ceyk Qraf əvvəllər qadın, onun xanımı Hanna isə kişi olublar. Onların kiisi də cinsi mənsubiyyətlərini cərrahiyyə əməliyyatları vasitəsilə dəyişiblər.


Xəbərə aid fotolar