"Sosial şəbəkələrdə nifrətə batmış insanları görürəm" FOTO


Digərləri 31 Mar 2018 15:18:00 320 0

"Sosial şəbəkələrdə nifrətə batmış insanları görürəm"  FOTO

Roma Papası 1-ci Fransisk dünən, Ehtiraslı Cümədə İtaliyanın paytaxtı Romada Kolizeyə doğru ənənəvi Xaç Yoluna başçılıq edib.

Son.az European-a istinadən bildirir ki, yürüşdə dünyanın müxtəlif ölkələrindən gəlmiş on minlərlə zəvvar iştirak edib.

İlk yürüş Papa 14-cü Benediktin vaxtında keçirilib. Bu yürüşdə Qədim Romadakı ilk xristian icmaların çoxsaylı mənsublarının əzabla öldürüldüyü qədim amfiteatrdakı olaylar anılır.

Sonradan bu ənənə unudulsa da, Papa 6-cı Pavel 1964-cü ildə Xaç Yolunu bərpa etmişdi.

O vaxtdan bəri yürüş hər il keçirilir. Xaç Yolu zamanı 14 dəfə dayanacaq olur və hər dayanacaqda Papa xütbə oxuyur.