Xarkovda öldürülən azərbaycanlının kimliyi məlum oldu


Digərləri 31 Mar 2018 14:36:00 330 0

Xarkovda öldürülən azərbaycanlının kimliyi məlum oldu

Ukraynanın Xarkov şəhərində iki gün əvvəl baş verən silahlı insidentin təfərrüatı və öldürülən azərbaycanlının kimliyi məlum olub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Lev Landau prospektindəki "Ağdam" restoranında baş verib, öldürülən azərbaycanlı isə 32 yaşlı, əslən Gürcüstanın Borçalı mahalından olan Zaur İsmayılovdur.

Z. İsmayılovun təsadüf nəticəsində gülləyə tuş gəldiyi və yerindəcə öldüyü bildirilir.

Belə ki, bir qrup silahlı şəxsin restorandan çıxan digər şəxslərə hücumu zamanı Z. İsmayılov da ortada olub və güllədən yayına bilməyib. Hadisə zamanı restoranın digər millətdən olan müştəriləri də xəsarət alıblar.