Güclü küləyə görə təxliyə edilən neftçilərdən


Digərləri 31 Mar 2018 14:18:00 280 0

Güclü küləyə görə təxliyə edilən neftçilərdən

Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilərin təhlükəsizliyi məqsədi ilə martın 30-da SOCAR-ın estakada və dəniz özüllərindən təxliyyə edilmiş əməkdaşlar martın 31-də iş yerlərinə qaytarılmağa başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün saat 12-dən etibarən şirkətin dəniz obyektlərində normal iş rejimi tədricən bərpa edilib, neftçilərin özüllərə qaytarılmasının təşkili üçün bütün lazımi tədbirlər görülüb. Hazırda dəniz neftçiləri normal iş rejimində fəaliyyətlərini davam etdirirlər.