Şahin Mustafayev Misirin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb


Digərləri 31 Mar 2018 12:38:43 275 0

Şahin Mustafayev Misirin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb

Martın 30-da İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Adel İbrahimlə görüşüb.

Bakı. Martın 30-da İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Adel İbrahimlə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, səfir təyin olunması münasibəti ilə Adel İbrahimi təbrik edən İqtisadiyyat naziri ona Azərbaycanda dilomatik fəaliyyətində uğurlar arzulayıb. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Misir Ərəb Respublikasına səfərlərini vurğulayan Şahin Mustafayev keçirilən görüşlərin, aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini diqqətə çatdırıb. İqtisadiyyat naziri Misirlə əlaqələrin inkişafına böyük önəm verildiyini, Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyinin məhz Misirdə açıldığlnı, Azərbaycanın Misirlə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib.