İş görmək adıyla 60 min manat ələ keçirən dələduz tutuldu VİDEO FOTO


Digərləri 31 Mar 2018 12:28:00 260 0

İş görmək adıyla 60 min manat ələ keçirən dələduz tutuldu  VİDEO  FOTO

Paytaxtda dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinə müraciət edən vətəndaş Anar Səfərov qeyd edib ki, Cahid adlı şəxs ona yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib və 60 min manat pulunu ələ keçirib.

Zərərçəkən həmin şəxsə 2017-ci ilin aprel ayında Bakıxanov qəsəbəsində həmin işin görülməsi müqabilində pul verəndən sonra isə Cahid verdiyi vədə əməl etməyək onu aldadıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində həmin şəxs - Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Cahid İsayev saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Xəbərə aid fotolar