Əfqanıstanda partlayış


Dünya 31 Mar 2018 11:55:00 216 0

Əfqanıstanda partlayış

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində minanın partlaması nəticəsində iki hərbçi həlak olub, daha 3 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə hərbçilərin olduğu avtomobilin keçidi zamanı baş verib.

Avtomobil yaxınlaşdıqda mina uzaqdan idarəetmə ilə partladılıb.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.