"Fransa prezidentinin açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdır"


Dünya 31 Mar 2018 10:25:00 266 0

"Fransa prezidentinin açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdır"

"Fransa prezidentinin Ankara ilə PYD silahlıları arasında Parisin vasitəçi kimi çıxış etməyə hazır olduğu barədə açıqlaması terrorçuların fəaliyyətini leqallaşdırmaqdan başqa bir şey deyil".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ həmin açıqlamanı şərh edərkən deyib.

B.Bozdağ bildirib ki, Fransa prezidentinin açıqlaması Türkiyə üçün qəbulolunmazdır.