Bakıda güclü küləyin təsirindən avtomobil ağaca çırpıldı


Digərləri 31 Mar 2018 09:16:00 261 0

Bakıda güclü küləyin təsirindən avtomobil ağaca çırpıldı

Bakının Yasamal rayonunda güclü küləyin təsiri nəticəsində sürücü idarəetməni itirərək maşını ağaca çırpıb.

Son.az report-a istinadən xəbər verir ki, Tbilisi prospekti ilə hərəkətdə olan "Mitsubishi" markalı avtomobilin sürücüsü güclü külək zamanı sükan arxasında idarəetməni itirib.

Nəticədə avtomobil ağaca çırpılıb. Ağac kökündən qırılaraq sərnişin dayanacağının qarşısına aşıb. Sürücü xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı yol polis əməkdaşları tərəfindən araşdırma aparılır.


Xəbərə aid fotolar