Məktəb şagirdləri üçün iPad təqdim olundu


Digərləri 31 Mar 2018 07:11:00 234 0

Məktəb şagirdləri üçün iPad təqdim olundu

"Apple" şirkəti Çikaqoda keçirilən təqdimatda məxsusi olaraq təhsil seqmenti üçün hazırlanan yeni planşet kompüter təqdim edib. Bu, indiyədək "Apple" brendi ilə buraxılan ən ucuz "iPad" modelidir.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni qurğu 9,7 düym diaqonallı "Retina" ekran, "iPhone 7" smartfonunda olduğu kimi "A10 Fusion" prosessor, 8 meqapikselli əsas kamera, "FaceTime" üçün HD formatlı ön kamera, "Touch ID" barmaq izi skaneri, kompas, "GPS", "LTE" dəstəyi və 10 saatlıq avtonom iş üçün akkumulyator ilə təchiz edilib. Bundan başqa, təqdim olunan "iPad" planşeti "iPad Pro" istehsal xəttinə aid modellər kimi "Apple Pencil" elektron qələmi ilə işi tam dəstəkləyir.

Məlumata görə, məxsusi olaraq "iPad" planşetləri və yeni model üçün "Apple" şirkəti bir sıra yeni proqram funksiyaları təqdim edib. Belə ki, "iWork" ofis əlavələr paketi bütünlüklə yenilənəcək və "Apple Pencil" tərəfindən dəstəklənəcək, "Pages", "Numbers" və "Keynote" kompüter proqramlarında konkret sözə aid annotasiyalar əlavə etmək imkanı yaranacaq. Həmçinin, uşaqlar üçün kontentin yer alacağı "GarageBand" və "Clips" əlavələri yenilənəcək.