Quba rayonuna 16 sm. hündürlüyündə qar yağıb FOTO


Digərləri 30 Mar 2018 23:18:00 353 0

Quba rayonuna 16 sm. hündürlüyündə qar yağıb  FOTO

Qubada gündüz saatlarından etibarən əsməyə başlayan güclü külək günün ikinci yarısından dağlarda və rayonun özündə qar ilə müşayiət olunmağa başlayıb.

Son.az report.az-a istinadən bildirir ki, hazırda Xınalıq kəndində yerə düşən qarın hündürlüyü 16 sm-ə çatıb.

Yağan qar Quba-Xınalıq yolunda çətinlik yaratmayıb. Yol hələlik açıq olsa da, səhər saatlarında təhlükəli olacağından ehtiyat edilir. Sulu qarın yollarda qar uçqunları əmələ gətirə biləcəyi bildirilir.

Rayonun Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov "Report"a açıqlamasında sürücülərə xitabən bildirib ki, martın 31-də Qubadan Xınalıq istiqamətinə və əks tərəfə gedib-gələrkən diqqətli olmaq lazımdır.


Xəbərə aid fotolar