Azərbaycan neftinin SON QİYMƏTİ dəyişdi


Digərləri 30 Mar 2018 23:03:34 236 0

Azərbaycan neftinin SON QİYMƏTİ dəyişdi

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 70,03 dollar/barel təşkil edib.

Bakı. Maksim Tsurkov – CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 70,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,83 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 69,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.