Güclü külək fəsadlar törədib XƏBƏRDARLIQ VİDEO


Digərləri 30 Mar 2018 22:11:00 269 0

Güclü külək fəsadlar törədib  XƏBƏRDARLIQ  VİDEO

Güclü külək paytaxda fəsadlar törədib.

Son.az bildirir ki, güclü külək nəticəsində dəmir parçası qopub. Başqa bir yerdə külək yol nişanını aşırıb. Bir neçə yerdə isə ağaclar qırılaraq aşıb. Qırılaraq aşan ağaclar Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən doğranaraq ərazidən daşınıb.

Qara Qarayev prospekti 58 ünvanında isə ağac elektrik naqilinin üzərinə aşıb.

Gün ərzində ağacların qırılaraq aşması, qəzalı duruma düşməsi ilə əlaqədər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinə xeyli müraciət daxil olub.

Bu arada Təhsil Nazirliyi küləklə bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırıb. Bu gün təhsil müəssisələrində sagirdlərim davamiyyətində də azalmalar müşahidə edilib.

Baki Nəqliyyat Agentliyi isə sərnişinlərə xəbərdarlıq edib. İnsanlara dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları tövsiyə edilir. Həmçinin, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, sərnişinlərdən yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşmələri xahiş edilir.