“Ailecek Şaskınız” filminin 5 apreldə Azərbaycanda nümayişi olacaq.


Digərləri 30 Mar 2018 18:20:00 259 0

“Ailecek Şaskınız”  filminin 5 apreldə Azərbaycanda nümayişi olacaq.

Komediya dünyasının ən sevilən cütlüklərindən Ahmet Kural və Murat Cemcirin yeni filmi  "Ailecek şaşkınız" 5 apreldə Azərbaycanda kinosevərlərlə görüşə gəlir. Azərbaycanda daim böyük maraq və sevgi görən, filmləri maraqla gözlənilən Ahmet Kural və Murat Cemcir, nümayiş günü paytaxtda olan Park Cinemada möhtəşəm  qala gecəsi baş tutacaq. Getdikləri hər şəhərdə və ölkədə sevgi axını ilə qarşılanan aktyorlar, 4 həftədə kassa gəliri 3 milyonu keçən "Ailecek şaşkınız" filmini azərbaycanlı sevənləriylə birlikdə izləyəcək.

Film Park Cinema kinoteatrlar şəbəkəsi, Nizami Kino Mərkəzi və Naxçıvan Gənclik Mərkəzində nümayiş olunacaq. Film Bakıdan başqa, Masallı, Mingəçevir, Naxçıvan və Quba kimi böyük şəhərlərdə də tamaşaçılarla görüşəcək.

Prodüserliyini TR 40 33 Productions, ssenarist və rejissorluğunu Selçuk Aydemirin heyata keçirdiyi  "Ailecek Şaşkınız"ın uğurlu heyətində Çingiz Bozkurt, Günay Karacaoğlu, Çağlar Ərtoğrul, Bihter Dinçel, Güven Murat Akpınar, Mustafa Alabora, Ayda Aksel, Serhat Özcan, Osman Kobud, Okan Umut Avcı, Nebil Sayın, Cəmil Şahin, Deniz Erayvaz və Yılmaz Qruda kimi aktyorlar yer alır.


Xəbərə aid fotolar