"MTN generallarına hökm oxunması təxirə salınıb"


Digərləri 30 Mar 2018 17:23:00 278 0

"MTN generallarına hökm oxunması təxirə salınıb"

Sabunçu rayon Məhkəməsinin binasında ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Son.az xəbər verir ki, təqsirləndirilən sabiq MTN polkovniki Fizuli Əliyevin vəkili İlham Əsədov APA-ya deyib ki, hakimlər cinayət işinin mürəkkəbliyini və çoxluğunu nəzərə alaraq, hökmün elanını qeyri-müəyyən vaxtadək təxirə salıblar.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il, Zaur Məmmədovun 13 il, Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə  azadlıqdan məhrum edilməsini istəyib.