Hava ilə bağlı şagirdlərin davamiyyəti aşağı düşdü - ÖZƏL


Digərləri 30 Mar 2018 12:30:00 204 0

Hava ilə bağlı şagirdlərin davamiyyəti aşağı düşdü - ÖZƏL

Bakı şəhərində hava şəraitinin qeyri-sabit keçməsi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsməsi ilə əlaqədar ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.

Bakı. İlhamə İsabalayeva - Bakı şəhərində hava şəraitinin qeyri-sabit keçməsi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsməsi ilə əlaqədar ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov Trend-ə bildirib ki, hava şəraitinin qeyri-sabit keçməsi və güclü küləyin əsməsi ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən paytaxtdakı ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti 75-90 faiz arasında dəyişir. "Bununla belə, paytaxtdakı ümumi təhsil müəssisələri təlim prosesini normal şəkildə davam etdirmək üçün tam hazırlıqlıdır", - deyə qurum rəsmisi vurğulayıb.