Lənkəranda 38 yaşlı kişi intihar etdi


Digərləri 30 Mar 2018 12:13:00 224 0

Lənkəranda 38 yaşlı kişi intihar etdi

Lənkəran sakini intihar edib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Digah kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Mais Mirkazım oğlu Əsgərov evində özünü asıb. 

Onun meyiti yaxınları tərəfindən aşkar olunub.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Məlumata görə, iki uşaq atası olan M.Əskərov həyat yoldaşından iki il əvvəl ayrılıb.

Faktla bağlı araşdırma aparılır.