DİM rus bölməsi abituriyentlərinə müraciət etdi


Digərləri 30 Mar 2018 11:18:00 220 0

DİM rus bölməsi abituriyentlərinə müraciət etdi

Ali təhsil müəssisələrinə və tam ( 11 illik ) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri, yəni elektron ərizələrində imtahan verəcəkləri dil kimi rus dilini seçən abituriyentlər Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.

DİM-dən Son.az-a verilən məlumata görə, həmin abituriyentlər üçün Azərbaycan dili fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.

DİM nəzərə çatdırır ki, birinci Azərbaycan dili imtahanında iştirak etmək istəyən rus bölməsinin abituriyentləri mütləq 10 aprel saat 23:59-dək elektron ərizələrini təsdiq etməlidirlər (əlavə qeydiyyat tələb olunmur). Qeyd olunan tarixədək elektron ərizələrini təsdiq etməyən abituriyentlər birinci Azərbaycan dili imtahanına buraxılmayacaqlar. Yəni, 11 aprel tarixindən 30 aprel tarixinədək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər.