Akademik Milli Dram Teatrında növbəti premyera (FOTO)


Digərləri 30 Mar 2018 10:32:00 217 0

Akademik Milli Dram Teatrında növbəti premyera (FOTO)

Miro Havranın pyesi əsasında hazırlanan “Qəribə, çox qəribə əhvalat” tamaşasının premyerası olub.

Bakı. Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Miro Havranın pyesi əsasında hazırlanan “Qəribə, çox qəribə əhvalat” tamaşasının premyerası olub. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mart ayının sayca üçüncü premyerası olan səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır. Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.