Fransa kürd silahlılarına kömək üçün Mənbicə ordu göndərəcək


Dünya 30 Mar 2018 09:08:29 310 0

Fransa kürd silahlılarına kömək üçün Mənbicə ordu göndərəcək

Fransa kürd silahlılarına kömək məqsədi ilə Suriyanın Mənbic bölgəsinə ordu göndərməyi qərara alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Parisien" nəşrinə Parisdə səfərdə olan "Suriya Demokratik Qüvvələri"nin (SDF) nümayəndə heyətinin üzvü bildirib.

Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron SDF nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvünün sözlərinə görə, Fransa rəhbərliyi xüsusi təyinatlı ordu birləşmələrini ən tez bir zamanda Suriyanın Mənbic bölgəsinə göndərməyi qərara alıb. Hərbçilərin sayı açıqlanmır. Məlumata görə, əməliyyat ABŞ hərbçiləri ilə razılaşdırılacaq.