Behişt əhlinin çoxu kimlərdir?


Digərləri 29 Mar 2018 23:40:00 244 0

Behişt əhlinin çoxu kimlərdir?

Həzrət Peyğəmbər (s) buyurur: "Rəcəb - Allahın parlayan ayıdır. O ay ki, Allah onu Özü üçün vacib buyurmuşdur".

Uca Allahın lütf və inayəti həmişə bəndələrinin üzərindədir. Ancaq Rəcəb ayı - o xüsusi aylardandır ki, bu rəhmət daha da artır və çoxalır. Allah Təala bəndələrinə hər an rəhmət və bərəkət nazil edir. Ona görədir ki, İmam Kazım (ə) buyurur: "Rəcəb - böyük aydır ki, Allah bu ayda həsənələri artırar və günahları məhv edər".

Son.az deyerler.org-a istinadən bildirir ki, Rəcəb ayının İmam Hüseyn (ə) ziyarəti ilə xüsusi rabitəsi və bağlantısı vardır. Belə ki, İmam Sadiq (ə) buyurur: "Hər kim Rəcəb ayının ilk günündə İmam Hüseynin (ə) qəbrini ziyarət edər, Allah onu mütləq bağışlayar".

Yəni, bu mübarək aya mübarək insanı ziyarət etməklə başlasaq, daha çox bəhrə aparmış olarıq. Çünki İmamı (ə) ziyarət etmək - hədəfi yaxınlaşdıran vasitələrdəndir. Zəvvara İlahi bağışlanmağı hədiyyə edər. Budur ziyarətin möcüzəsi. Zəvvar bu gözəl hədiyyə ilə bu gözəl ayda ali məqamlara çata biləcəkdir.