Bir restoranda içki verilirsə, orada halal yemək olarmı?


Digərləri 29 Mar 2018 22:15:00 267 0

Bir restoranda içki verilirsə, orada halal yemək olarmı?

Restoran və bu kimi məkanlarda içki olan məclislərdə iştirak etmək, yəni həmin məclisin bir üzvü olmaq günahdır. Burada toy, ad günü, qonaqlıq kimi məclislərə qatılmaq nəzərdə tutulur. Hətta məclisdə içki olarsa, amma adamın oturduğu stola işki qoymazlarsa, yenə həmin məclisin üzvü sayılacaq və orada oturmamalıdır.

Son.az islam.az-a istinadən bildirir ki, amma kütləvi məkanlarda hər kəs ayrı-ayrılıqda yemək yeyirsə, ümumi salonda kiminsə içki içməsi başqasına günah gətirməz. Yəni restorana yemək üçün gələn şəxs özü halal ərzaqla qidalansa, amma digər müştərilər içki içsələr, ona günah yazılmaz.