Malı saxlayıb baha qiymətə satanlar...


Digərləri 29 Mar 2018 21:40:00 312 0

Malı saxlayıb baha qiymətə satanlar...

Möhtəkirlik - camaatın çox ehtiyacı olduğu məhsulu, ya malı baha qiymətə satmaq məqsədi ilə toplayıb saxlamaqdır. Bu, dinimizin çox kəskin pislədiyi bir işdir. Allahın Peyğəmbəri (s) buyurub: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz".

Və yaxud, İmam Əlidən (ə) nəql edirlər: "Möhtəkirlik - yaramaz adamların xasiyyətidir".

Dinimiz buyurur ki, möhtəkirlik cəmiyyətə həm iqtisadi, həm də mənəvi zərbə vurur. İmam Əlidən (ə) nəql edirlər: "Möhtəkirlik məhrumiyyətə səbəb olar".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əlinin (ə) Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında da bu mövzuya işarə edilir: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu - tacirlər və sənətkarlar - alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyib və rüsvayçılıqdır. Buna görə, möhtəkirliyin qarşısını al, çünki Allahın Rəsulu (s) onu qadağan etmişdir".

Digər yerdə İmam Əli (ə) buyurub: "Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı möhtəkirlikdə xeyir-bərəkət yoxdur".

Möhtəkirləri cox acı bir aqibət gözləyir. Onlar hətta qatillərlə də bərabər tutulurlar. Allahın Peyğəmbəri (s) buyurub: "Möhtəkirlərlə adam öldürənlər cəhənnəmdə bir cərgədə və bir dərəcədədirlər".