Bakıda narkotik satmaq istəyənlər yaxalandı VİDEO


Digərləri 29 Mar 2018 21:11:00 221 0

Bakıda narkotik satmaq istəyənlər yaxalandı  VİDEO

Bakıda narkotik maddə satmaq istəyən şəxs tutulub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məmməd Cəfərovu şübhəli şəxs kimi saxlayıb. Onun üzərindən 6,75 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi "VAZ-2121" markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana götürülüb. Araşdırma zamanı məlum olub ki, Məmməd Cəfərov narkotik maddələri yaşadığı Maştağa qəsəbəsində əkib və daha sonra satmaq məqsədi ilə qurudaraq qablaşdırıb. Sabunçu Rayon 14-cü Polis Bölməsi əməkdaşları da əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Pərviz Muxtarovu saxlayıblar. Onun əlindəki çantaya baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan marixuananın ümumi çəkisinin 4 kiloqram 150 qram olması barədə rəy verilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Videonu izləmək üçün şəklə klikləyin: