Saxta pulla qoyun alan şəxs saxlanılıb VİDEO


Digərləri 29 Mar 2018 21:14:00 258 0

Saxta pulla qoyun alan şəxs saxlanılıb  VİDEO

Ağsu rayonunda heyvan bazarında saxta pulla qoyun alan şəxs saxlanılıb. Sumqayıtda tutularaq Ağsuya gətirilən şəxs 6 ədəd saxta 100 manatlıq əskinasla vətəndaşı aldadıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ağsunun Ağarx kənd sakini İlyas Musayev rayonun heyvan bazarında 600 manat müqabilində 5 baş qoyun satıb. Bir müddət sonra pulların saxta olduğunu bilib və polisə müraciət edib. Polis keçirdiyi əməliyyatla vətəndaşı saxta pulla aldadan Sumqayıt sakinini saxlayıb.

Bəhruz Nəcəfov ifadəsində saxta əskinasları Dağıstan vətəndaşından sakinindən aldığını deyib.